Dünyanın ən böyük abunə yayımı video xidməti hesab edilən “Netflix” 2030-cu ilə qədər bazar dəyərini 1 trilyon dollara çatdırmaq və gəlirini ikiqat artırmağı planlaşdırır.
Bu barədə Gundelik.az “The Wall Street Journal”a istinadən xəbər verir.
Nəşr yazır ki, “Netflix” eyni zamanda 2030-cu ilə qədər qlobal reklamlardan 9 milyard dollar gəlir əldə etmək istəyir. Lakin şirkət bu rəqəmi açıqlamır, lakin analitiklər şirkətim bu il ABŞ-dəkı reklam gəlirinin 2,15 milyard dolları keçəcəyini proqnozlaşdırır.
Mənbələr bildirirlər ki, “Netflix” rəhbərliyi ötən il 10 milyard dollardan 2030-cu ilə qədər əməliyyat mənfəətini üç dəfə artırmağı gözləyirlər.
Qeyd edək ki, “Netflix” səhmləri çərşənbə axşamı bazar öncəsi ticarətdə 2,2% bahalaşıb.
Gundelik.az
