Gundelik.az Dünya Misir Qəzzaya yeni humanitar yardım karvanı göndərib
Dünya Xəbərlər

Misir Qəzzaya yeni humanitar yardım karvanı göndərib

Misir hakimiyyəti çərşənbə axşamı Qəzza zolağının sakinləri üçün növbəti humanitar yardım karvanı yola salıb.

Gundelik.az bu barədə EFE agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hazırda onlarla yük maşını Kerem Şalom sərhəd-keçid məntəqəsində texniki baxışdan keçirilir. İsrail hərbçilərinin yoxlamasından sonra maşınların anklava daxil olmasına icazə veriləcək.

Misir rəsmilərinin bildirdiyinə görə, yardım karvanına əsasən şəkər, düyü və un daxildir. Qeyd olunur ki, bu, İsrailin humanitar yardımın Qəzzaya çatdırılmasına iyulun sonundan etibarən verdiyi icazədən sonra göndərilən 18-ci karvandır.

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə HƏMAS İsrailə hücum edib. Hücum nəticəsində 1200-dən çox insan həyatını itirib, 240 nəfər isə girov götürülüb. Cavab olaraq İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatlara başlayıb və hazırda ərazinin təxminən 75 faizinə nəzarət edir. Avqustun 8-də İsrailin baş naziri Benyamin Netanyahunun ofisi təhlükəsizlik kabinetinin Qəzza şəhərinin tam ələ keçirilməsi planını təsdiqlədiyini açıqlayıb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, davam edən əməliyyatlar nəticəsində anklavda 62 mindən çox insan həlak olub.

Gundelik.az 

Exit mobile version