Gundelik.az Xəbərlər Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasına səfərə gəlib
Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasına səfərə gəlib

Oktyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycannümayəndə heyəti Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak etmək üçün Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfərə gəlib.
Aruşa şəhərinin Kilimancaro beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov, Tanzaniyanın Birləşmiş Millətlər Təşkilatı (BMT) və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Abdallah Saleh Possi və digər rəsmi şəxslər qarşılayıblar.

 

   

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az

Exit mobile version