ABŞ məhkəməsi Facebook və Instagram-ın ana şirkəti olan Meta şirkətinə uşaqların təhlükəsizliyi tədbirləri barədə istifadəçiləri çaşdırdığına görə 375 milyon dollar cərimə ödəməyi əmr edib.
Nyu-Meksikoda baxılan bir işdə məhkəmə Meta şirkətinin öz platformalarında uşaqların təhlükəsizliyi tədbirləri barədə yanlış açıqlamalar verdiyini və ştatın istehlakçıların hüquqlarının müdafiəsi qanunlarını pozduğuna qərar verib.
Qərarda Meta şirkətinin “uşaqların cinsi istismarı riskləri və onun əqli sağlamlığa təsiri barədə malik olduğu məlumatları gizlətdiyi, yanlış açıqlamalar verdiyi və uşaqların həssaslığından kommersiya məqsədləri üçün istifadə etdiyi” iddiaları qəbul edilib. Münsiflər heyəti Meta şirkətinə hər bir pozuntuya görə 5000 dollar cərimə ödəməyi əmr etdi və nəticədə şirkət ümumilikdə 375 milyon dollar cərimə aldı. Bu iş Meta şirkətinin öz platformalarında uşaq təhlükəsizliyi pozuntularına görə münsiflər heyəti tərəfindən məsuliyyətə cəlb edilməsinin ilk halıdır. Qərardan sonra Meta şirkəti uşaqların təhlükəsizliyi məsələsinə ciddi yanaşdığını və platformalarını qorumaq üçün çalışdığını bildirən bir açıqlama yaydı.
Şirkət rəsmilərinin məhkəmə qərarından apelyasiya şikayəti verməsi gözlənilir. Bu addımın potensial olaraq işin gedişatını və cərimənin məbləğini dəyişdirəcəyi düşünülür.
Mənbə:Anadolu Ajansı
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az

