İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Maskın atası insan ömrünü 120 ilə qədər uzatmağı planlaşdırır

Amerikalı iş adamı və milyarder İlon Maskın atası İlon Maskın atası Errol Mask uzunömürlülük sahəsində araşdırmalar aparmaq niyyətindədir.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, o, ömrün uzadılmasına dair ictimai marağın artdığını qeyd edib.

Errol Maskın sözlərinə görə, insanlar artıq cazibə qüvvəsinə deyil, uzunömürlülüyə sərmayə yatırmağa daha çox maraq göstərirlər. O bildirib ki, aparılacaq araşdırmalar nəticəsində insan ömrünü 120 ilə qədər artırmaq mümkün olacaq.

İş adamı həmçinin xatırladıb ki, 1914-cü ilə qədər Avropada qadınların orta ömür uzunluğu 39 yaş idi, bu gün isə 87 ilə çatıb. O, əlavə edib ki, ömrün uzadılması ilə bağlı araşdırmalar bəşəriyyəti məkan və zaman səyahətinə də yaxınlaşdıracaq.

Mask bu məqsədlə “Cazibə İnstitutu”nun yaradılmasını təklif edir. Onun sözlərinə görə, institutun fəaliyyətə başlaması üçün təxminən 100 milyon dollar vəsait tələb olunur.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Səhiyyə Nazirliyinin baş geriatrı Olqa Tkaçeva da yeni doğulan uşaqların 100 yaşa qədər yaşamaq şansını qiymətləndirmişdi. Onun fikrincə, müasir tibb aktiv uzunömürlülüyün uzadılmasına imkan verir. Hazırda Rusiyada 100 yaşdan yuxarı təxminən 18 min insan yaşayır.

Mütəxəssisin sözlərinə görə, ömrün uzadılması üçün xroniki qeyri-infeksion xəstəliklərin qarşısını almaq, profilaktik proqramları genişləndirmək, tibbi xidmətlərin əlçatanlığını artırmaq, geriatriya sahəsini inkişaf etdirmək və sağlam həyat tərzi mədəniyyətini formalaşdırmaq mühüm əhəmiyyət kəsb edir.

Gundelik.az