ABŞ Prezidenti Donald Tramp amerikalı sahibkar və iş adamı İlon Maskın xərclər və vergi qanun layihəsini tənqid etməsi fonunda subsidiyalar olmadan mağazasını bağlamalı və Cənubi Afrikaya evinə getməli olduğunu bildirib.
Gundelik.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
Tramp elektrikli avtomobilləri gözəl bir şey adlandırıb, lakin insanları onları almağa məcbur etməməyə çağırıb.
“İlon tarixdəki hər hansı bir insandan daha çox subsidiyaya sahib ola bilər və subsidiyalar olmadan o, yəqin ki, dükanını bağlayıb Cənubi Afrikaya evə getməli olacaq”, – Tramp yazıb.
Daha əvvəl Mask Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etmişdi. O, həmçinin ABŞ-ni təkpartiyalı dövlət adlandırıb.
Mask artıq ABŞ-də yeni partiya yaratmaq ideyasını paylaşıb. O zaman onun X səhifəsində sorğuya qatılanların 80 faizi onun təşəbbüsünü dəstəkləyib.
Gundelik.az
