Gundelik.az Dünya Londonda 12 min smartfon daşıyan yük maşını oğurlanıb
Dünya Xəbərlər

Londonda 12 min smartfon daşıyan yük maşını oğurlanıb

İngiltərənin paytaxtı Londonda 12 min ədəd Samsung cihazı daşıyan yük maşını oğurlanıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Hitrou hava limanı yaxınlığında baş verib.

Məlumata görə, oğurlanan cihazlar arasında 5000 ədəd Galaxy Z Fold7 və Z Flip7 modelləri, 5000 ədəd Galaxy Watch8 ağıllı saatı, həmçinin çoxlu sayda Galaxy S25 və Galaxy A16 telefonları olub.

Yük maşınındakı məhsulların ümumi dəyəri təxminən 9,6 milyon ABŞ dolları olaraq qiymətləndirilir.

Polis araşdırma başladıb və nəticədə yük maşını tapılıb. Lakin içindəki cihazların harada olduğu hələ də bilinmir. Səlahiyyətlilər hadisənin yük maşını anbara köçürüldükdən sonra baş verdiyini ehtimal edirlər.

Qeyd edilib ki, bütün məhsullar sığortalı olduğu üçün şirkət maliyyə baxımından birbaşa zərər çəkməyib.

Yeni modellər təqdim edilmişdi

“SaSamsu”un bir neçə həftə əvvəl təqdim etdiyi Galaxy Z Fold7, Z Flip7 və Galaxy Watch8 modelləri dünya üzrə istifadəçilər tərəfindən maraqla qarşılanıb. Şirkət bu modelləri Z seriyasının ən nazik və ən qabaqcıl cihazları kimi təqdim edib.

Gundelik.az 

Exit mobile version