Gundelik.az Xəbərlər İqtisadiyyat “Samsung”un əməliyyat mənfəəti ikinci rübdə 52% azalıb
Dünya İqtisadiyyat Xəbərlər

“Samsung”un əməliyyat mənfəəti ikinci rübdə 52% azalıb

Cənubi Koreyanın çip və məişət elektronikası istehsalçısı “Samsung Electronics”in yekun hesabatına əsasən, 2025-ci ilin ikinci rübündə əməliyyat mənfəəti illik müqayisədə 52% azalaraq 4,676 trilyon von (3,4 milyard dollar) olub.

Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.

Hesabat dövründə şirkətin xalis mənfəəti 48 faiz azalaraq 5,116 trilyon von olub.

“Samsung”un gəliri illik müqayisədə 0,7 faiz artaraq 74,566 trilyon von olub. Bu ilin birinci rübü ilə müqayisədə şirkətin gəlirləri 5,8% azalıb.

Qeyd edilib ki, bu, son iki ildə ilk rüblük azalmadır və Çinə qabaqcıl mikroçiplərin tədarükünə qoyulan məhdudiyyətlərlə əlaqədardır.

“Samsung” Texasdakı yeni yarımkeçirici istehsalı zavodunun 2026-cı ilin əvvəlində fəaliyyətə başlayacağını açıqlayıb.

2025-ci ilin əvvəlindən “Samsung”un bazar kapitallaşması 34%-dən çox artıb (474 trilyon vona qədər).

Gundelik.az 

Exit mobile version