Gundelik.az Dünya “Samsung” istifadəçilərinin NƏZƏRİNƏ: bu yeniləmələr dayandırılır
Dünya Xəbərlər

“Samsung” istifadəçilərinin NƏZƏRİNƏ: bu yeniləmələr dayandırılır

“Samsung” korporasiyası öz smartfonları üçün “Android” əməliyyat sisteminə yeniləməni təqdim edə bilməyib.

Gundelik.az xəbər verir ki, bu barədə “ArsTechnica” nəşri məlumat yayıb.

“Aprelin 7-də Cənubi Koreya şirkəti öz müştərilərinə “Android” 15 ilə “One UI 7” qabığının stabil versiyasını buraxmağa başlayıb. Lakin bir həftə sonra “Samsung” yeniləmə fayllarını öz serverlərindən sildi və yeniləmənin yayılmasını dayandırdı. Şirkət hələlik insidentlə bağlı açıqlama verməyib, lakin çox güman ki, yeniləmənin geri çağırılması müəyyən xətalarla bağlıdır”, – məlumatda vurğulanıb.

“Samsung” məsələlərlə bağlı hələlik şərh vermir, lakin yeni yeniləmənin buraxılış tarixlərini daha sonra elan edəcəyini vəd edib.

Gundelik.az 

Exit mobile version