Bəzi yüksək rütbəli Ağ Ev rəsmiləri ABŞ prezidenti Donald Trampa Moskvanın Ukraynada sülh iddialarına şübhə ilə yanaşmağı tövsiyə edir və onu Rusiya lideri Vladimir Putinlə daha ehtiyatlı olmağa çağırır.
Gundelik.az xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu məmurlar qrupuna dövlət katibi Marko Rubio və ABŞ-nin Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq daxildir.
Nəşr iddia edir ki, Tramp Rusiyanın daimi sülhə nail olmaq istədiyinə əmin olan xüsusi elçisi Steven Uitkoffu daha çox dinləyir.
Qeyd edək ki, Vladimir Putinlə iki dəfə görüşən Uitkoff hesab edib ki, Moskva sülh danışıqlarına hazırdır.
Gundelik.az

