Gundelik.az Xəbərlər İqtisadiyyat SOCAR neft və qaz emalını azaltdı
İqtisadiyyat Xəbərlər

SOCAR neft və qaz emalını azaltdı

Cari ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,5 milyon tondan çox neft, 766 milyon kubmetrdən çox qaz emal edilib.

Bu barədə Gundelik.az SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə şirkət tərəfindən neft emalı 3,5 min ton və ya 0,2%, qaz emalı isə 95,6 milyon kubmetr və yaxud 11,1% azalıb.

Hesabat dövründə SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 570 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 89,2 min ton və ya 13,5% azalma deməkdir.

Gundelik.az

Exit mobile version