SOCAR neft və qaz emalını azaltdı
Cari ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,5 milyon tondan çox neft, 766 milyon kubmetrdən çox qaz emal edilib. Bu barədə Gundelik.az SOCAR-a istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə şirkət tərəfindən neft emalı 3,5 min ton və ya 0,2%, qaz emalı isə 95,6 milyon kubmetr və yaxud 11,1% azalıb.
