İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Litva hökuməti istefa verdi

Baş nazir İnqa Ruqinienin rəhbərlik etdiyi Litva Nazirlər Kabineti istefa verdiyini açıqlayıb.

Gundelik.az xəbər verir ki, qərar kabinet iclasında konsensusla qəbul edilib.

“Bütün çətinliklərə baxmayaraq, fəxr edəcəyimiz bir şey var – dövlətin və xalqının rifahı üçün etdiklərimiz. Bu gün istefa vermək qərarına gəldik”, – deyə baş nazir qeyd edib.
Xatırladaq ki, hakim koalisiyadakı dəyişikliklər səbəbindən baş nazir və bütün hökumət istefa verməyə məcbur olub.