Baş nazir İnqa Ruqinienin rəhbərlik etdiyi Litva Nazirlər Kabineti istefa verdiyini açıqlayıb.
Gundelik.az xəbər verir ki, qərar kabinet iclasında konsensusla qəbul edilib.
“Bütün çətinliklərə baxmayaraq, fəxr edəcəyimiz bir şey var – dövlətin və xalqının rifahı üçün etdiklərimiz. Bu gün istefa vermək qərarına gəldik”, – deyə baş nazir qeyd edib.
Xatırladaq ki, hakim koalisiyadakı dəyişikliklər səbəbindən baş nazir və bütün hökumət istefa verməyə məcbur olub.

