İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Lerikin avtomobil yolları yarım milyon manata təmir olunacaq

Lerik rayonunun daxili avtomobil yolları əsaslı təmir olunacaq.

Gundelik.az xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı müvafiq işlərə başlayıb.

Belə ki, RİH hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda RİH görüləcək işlərin 595 975 manata başa gələcəyi proqnozlaşdırıb.

Gundelik.az