2023-cü ilin mayından 2025-ci ilin avqustuna qədərki yazışmaların təhlili “ChatGPT”nin bəzi hallarda qəribə və yalan bəyanatlar verdiyini göstərib.
Bu barədə Gundelik.az “The Wall Street Journal” istinadən xəbər verir.
Məsələn, Oklahomada bir yanacaqdoldurma məntəqəsi işçisi çatbotla “Orion tənliyi” mövzusunu müzakirə etdikdən sonra narahatlıq keçirdiyini bildirib. Başqa bir söhbətdə isə “ChatGPT” istifadəçini “Lyra planetindən Ulduz toxumu” adlandıraraq, yadplanetlilərlə əlaqə saxladığını iddia edib.
Mütəxəssislər bu vəziyyəti “AI psixozu” və ya “AI aldanması” adlandırır. Psixiatrların sözlərinə görə, belə hallarda insanlar süni intellektlə söhbət zamanı fantastik inanclarına təsdiq tapır və bu, psixi pozuntulara yol aça bilər.
Danimarkadakı Orhus Universitetindən psixiatr Soren Dinesen Ostergaard xəbərdarlıq edib ki, çatbotlarla uzunmüddətli ünsiyyət bəzi insanlarda fövqəltəbii güclərə sahib olduqlarına və xüsusi missiya üçün seçildiklərinə dair inam formalaşdıra bilər.
“ChatGPT”nin yaradıcıları isə artıq neyron şəbəkənin yeni versiyasını təqdim ediblər.
Gundelik.az
