Gundelik.az Dünya Kim Çen In yeni silahların sınaqlarını izləyib
Dünya Xəbərlər

Kim Çen In yeni silahların sınaqlarını izləyib

Şimali Koreya lideri Kim Çen In çoxlüləli reaktiv yaylım atəşi sistemi və digər yeni silahların sınaqlarını izləyib.

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen In 1950–1953-cü illər Koreya müharibəsinin başlanmasının ildönümü münasibətilə ölkədə keçirilən yeni silah sınaqlarını şəxsən müşahidə edib.

O, çoxlüləli reaktiv yaylım atəşi sisteminin, taktiki ballistik raketlər üçün döyüş başlıqlarının, eləcə də uzaqmənzilli raketlərin hədəfi dəqiq vurma qabiliyyətinin sınaqlarına nəzarət edib və əldə olunan nəticələrdən məmnun qaldığını bildirib.

Kim Çen In vurğulayıb ki, son sınaqlar ölkənin mühüm silah texnologiyaları sahəsində əhəmiyyətli irəliləyiş əldə etdiyini sübut edir.

O qeyd edib ki, rəqibləri daim narahatlıq və qorxu içində saxlamaq vacibdir və əlavə edib:

“Bütün uzaqmənzilli zərbə vasitələrimizin təkmilləşdirilmiş versiyalarla əvəz olunduğunu düşmənlər mümkün qədər tez öyrənəcəklər.”

Məlumatda bildirilir ki, sınaqdan keçirilən silahlar Şimali Koreyanın hərbi arsenalının və raket sistemlərinin modernləşdirilməsi proqramı çərçivəsində hazırlanmış mühüm silahlar hesab olunur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version