Avqust 6, 2026
Baku
Dünya Xəbərlər

İtaliyanın 27 şəhərində maksimum həyəcan siqnalı verilib

İtaliya hakimiyyəti anomal istilər səbəbindən 27 böyük şəhərdə maksimum istilik xəbərdarlığı elan edib.

Bu barədə Gundelik.az ANSA-ya istinadən xəbər verir.

“27 böyük şəhərin hamısında ilk dəfə olaraq bu gün baş verən dördüncü istilik dalğası fonunda maksimum “qırmızı” həyəcan səviyyəsi elan edilib”, – məlumatda deyilir.

Qeyd edilib ki, bəzi ərazilərdə temperaturun 40 dərəcəyə çatması ilə müşayiət olunan şiddətli istinin ən azı 10 gün daha davam etməsi gözlənilir.