İtaliya hakimiyyəti anomal istilər səbəbindən 27 böyük şəhərdə maksimum istilik xəbərdarlığı elan edib.
Bu barədə Gundelik.az ANSA-ya istinadən xəbər verir.
“27 böyük şəhərin hamısında ilk dəfə olaraq bu gün baş verən dördüncü istilik dalğası fonunda maksimum “qırmızı” həyəcan səviyyəsi elan edilib”, – məlumatda deyilir.
Qeyd edilib ki, bəzi ərazilərdə temperaturun 40 dərəcəyə çatması ilə müşayiət olunan şiddətli istinin ən azı 10 gün daha davam etməsi gözlənilir.

