Gundelik.az Dünya İstanbulda zəlzələdən ən çox zərər görən ərazilərin adları AÇIQLANDI
Dünya Xəbərlər

İstanbulda zəlzələdən ən çox zərər görən ərazilərin adları AÇIQLANDI

İstanbulda ötən gün baş verən arda-arda güclə zəlzələlərin ən çox zərər verdiyi rayonların adları məlum olub.

Gundelik.az xəbər verir ki, bu barədə Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum məlumat verib.

Onun sözlərinə görə, ən çox zəlzələ xəbərdarlığı alan rayon 591 bildirişlə Bahçelievler olub.

Bundan əlavə, nazir İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ və sonradan baş verən təkanlardan sonra 6539 binaya ziyan dəydiyini açıqlayıb.

Bildirilib ki, bu binalardan 1473-ü zədəsiz, 101-i isə yüngül zədələnmiş kimi müəyyən edilib.

Beləliklə, İstanbulda son günlərdə qeydə alınan yeraltı təkanlarda ən çox ziyan görmüş bölgələrin bunlar olduğu qeyd olunub: Bahçelievler, Esenler, Bağcılar, Zeytinburnu və Avcılar.

Nazir, həmçinin 6,2 bal gücündə zəlzələdən sonra mənzilləri cüzi ziyan görən vətəndaşların da “Yarısı bizdədir” kampaniyasına daxil ediləcəyini bildirib.

Gundelik.az 

Exit mobile version