İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlunun vəkili Nusret Yılmaz “rüşvətə köməklik” ittihamı ilə saxlanılıb.
Bu barədə Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində vəzifəsindən uzaqlaşdırılan İmamoğlu da daxil olmaqla bir sıra şəxslərə qarşı “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzvlük”, “qəsb”, “rüşvət alma”, “ağır fırıldaqçılıq”, “fərdi məlumatların ələ keçirilməsi” və “ağırlaşdırılmış fırıldaqçılıq” maddələri üzrə ittiham irəli sürülüb.
Trabzonda saxlanılan Nusret Yılmazın yaxın zamanda İstanbul Ədliyyəsinə gətiriləcəyi bildirilib.
Gundelik.az

