İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb. Hadisə oktyabrın 8-də saat 05:40 radələrində Doğu küçəsində baş verib.
Gundelik.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerinə AFAD, yanğınsöndürmə, səhiyyə və polis qrupları göndərilib.
Binanın çökməyən üst mərtəbələrində qalan şəxslər xilasedicilər tərəfindən təxliyə edilib.
Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Binanın alt 3 mərtəbəsinin hansı səbəbdən çökdüyü hələlik məlum deyil.





