İsrailin Xarici İşlər Naziri Gideon Saar ABŞ mətbuatında İsrailin tutucu raket ehtiyyatlarının İranın cavab tədbirləri səbəbindən tükəndiyinə dair iddiaları rədd etdi. Saarın açıqlamasında İsrailin balistik raketdən müdafiə sistemlərinin kritik dərəcədə tükəndiyi və İsrailin intensiv hücumlarla hədəf aldığı Livanla birbaşa danışıqlar apardığı iddiaları əhatə edirdi. Saar bildirib ki, İsrailin bu həfdə ABŞ administrasiyasının İranla artan münaqişə səbəbindən ballistik raketdən müdafiə sistemlərinin kritik dərəcədə tükəndiyi barədə məlumat verməsi iddiası yarandı. O, həmçinin əlavə edib ki, “ABŞ və İsrail bütün məqsədlərə nail olunana qədər İranla müharibəni davam etdirmək məqsədi ilə razılşırlar.”
Amerika xəbər agentliyi Semafor ABŞ rəsimlərinin İsrailin bu həftə ABŞ-a İranla artan münaqişə səbəbindən ballistik raketdən müdafiə sistemlərinin kritik dərəcədə tükəndiyi barədə məlumat verdiyini iddia etdiyini bildirmişdir.
Məlumat gösdərir ki, İranın son zamanlar intensivləşdirilmiş raket cavab tədbirləri İsrailin hava hücumundan müdafiə sistemlərinə təzyiqi əhəmiyyətli dərəcədə artıb. Saar həmçinin İsrail mətbuatında İsrailin Livana hücumlarını dayandırmaq üçün Beyrut höküməti ilə birbaşa danışıqlar aparacağı ilə bağlı iddialara toxunaraq, bu məlumatların yalan olduğunu iddia edib.
Saar bildirib ki, Təl-Əviv administrasiyası Livan hökümətindən Hizbullahın tərksilah edilməsi ilə bağlı “ciddi addımlar” atmasını gözləyir. İddialara görə, İsrailin keçmiş strateji işlər naziri Ron Dermer Livana hücumlara son qoymaq məqsədi ilə birbaşa danışıqları müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN Türk
Gundelik.az

