İran ordusu İsraildəki hədəflərə qarşı “güclü pilotsuz təyyarə hücumları” həyata keçirildiyini bildirib.Bəyanatda hücumların İsrail polis qüvvələrinin “Lahav 433” xüsusi bölməsinin qərargahını və Girat müdafiə peyk rabitə mərkəzini hədəf aldığı bildirir.
İran tərəfi hədəf alınan obyektlərin dəqiq yeri və ya hücumların nəticələri ilə bağlı təfərrüatları paylaşmayıb. İsrailin mərkəzinə park edilmiş bir avtomobilə raketin dəyməsi və ərazidə yanğına səbəb olması bilinir. Emrah Çakmak geniş təhlükəsizlik tədbirlərinin görüldüyünü və bu narahatlığın davam etdiyini bildirib.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN Türk
Gundelik.az

