Anonimlik tələb edən NATO rəsmisi, Anadolu Agentliyinin müxbirinin alyansın Hörmüz boğazının təhlükəsizliyində rol oynayıb oynamayacağı ilə bağlı sualını yazılı şəkildə cavab verib.
“Müttəfiqlər artıq Aralıq dənizində əlavə təhlükəsizlik təmin etmək üçün addımlar atıblar”, – deyə rəsmi bildirib və əlavə edib ki, üzv dövlətlər ABŞ və digərləri ilə fərdi olaraq daha nələr edə biləcəkləri, o cümlədən Hörmüz boğazında təhlükəsizlik konteksində müzakirələr aparılır.
ABŞ prezidenti Tramp müsahibəsində NATO müttəfiqlərinin Hörmüz boğazını təhlükəsiz saxlaya bilməməsi halında bunun “NATO-nun gələcəyi üçün çox pis” olacağı barədə xəbərdarlıq edib.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN Türk
Gundelik.az

