Gundelik.az Dünya İspaniya və Argentinada matəm ELAN EDİLDİ
Dünya Xəbərlər

İspaniya və Argentinada matəm ELAN EDİLDİ

İspaniya və Argentina hakimiyyəti 88 yaşlı Papa Fransiskin vəfatı ilə əlaqədar matəm elan etmək qərarına gəlib.

Bu barədə Gundelik.az xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, baş nazirlik aparatının rəhbəri, İspaniyanın ədliyyə naziri Feliks Bolayos bildirib ki, krallıqda üç günlük matəm elan olunacaq.

Eyni zamanda Argentina prezidentinin mətbuat katibi Manuel Adorni də öz növbəsində pontifikin vəfatı ilə əlaqədar ölkədə bir həftəlik matəm elan olunacağını bəyan edib.

O da məlumdur ki, Brüsseldə Avropa İttifaqının rəsmi qurumları matəm əlaməti olaraq bayraqlarını endiriblər.

Xatırladaq ki, pontifik 2025-ci il aprelin 21-də 88 yaşında Vatikanda Santa Martadakı iqamətgahında. Bildirilir ki, Vatikan taxtına əsas namizəd kardinal və Vatikan diplomatı Pietro Parolin ola bilər.

Bundan başqa, məlum olub ki, Parisdə Eyfel qülləsinin işıqları gələn axşam Roma Papası Fransiskin xatirəsini yad etmək üçün söndürüləcək.

Gundelik.az

Exit mobile version