İyul 8, 2026
Baku
Xəbərlər

İslandiyanın Uşaq Naziri 16 Yaşlı Yeniyetmə ilə Münasibətini Etiraf Etdikdən Sonra İstefa Verdi

İslandiyanın uşaq naziri Ásthildur Lóa Thórsdóttir, təxminən 36 il əvvəl 16 yaşlı yeniyetmədən uşaq dünyaya gətirdiyini etiraf etdikdən sonra istefa verib. O, mətbuata verdiyi açıqlamada 15 yaşlı yeniyetmə ilə münasibətinin başladığını, o zaman özünün isə 22 yaşında olduğunu bildirib. Həmin dövrdə Thórsdóttir yeniyetmənin iştirak etdiyi “Trú og Líf” (Din və Həyat) dini qrupunda məsləhətçi kimi çalışırdı. Daha sonra, yeniyetmə 16 yaşına çatanda ondan uşaq dünyaya gətirib “36 il keçib, bu müddətdə çox şey dəyişib. Bu vəziyyəti indi tamamilə fərqli şəkildə həll edərdim”, – deyə hazırda 58 yaşında olan Thórsdóttir bildirib. İslandiyanın baş naziri Kristrún Frostadóttir hadisəni “ciddi məsələ” adlandırıb, lakin şəxsi həyatla bağlı olduğu üçün geniş şərh verməkdən çəkinib. Nazirin istefası xəbər yayıldıqdan dərhal sonra qəbul edilib.

Gundelik.az