Gələcəyimizin qurucusu olan uşaqlar və onlara dair məsələlər hjər zaman aktualdır. Son dönəmlərə diqqət yetirsək, görərik ki, dövlət və qeyri-dövlət uşaq müəssisələrinə nəzarət artırılıb. Gundelik.az saytı olaraq bu yöndə olan yenilikləri bilmək üçün Hüquqi – Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərova suallar ünvanladıq.
Müsahibəni təqdim edirik :
Qanunvericiliyə əsasən uşaq hüquqlarının inkişafı istiqamətində davamlı olaraq islahatlar həyata keçirilir.. Azərbaycan Respublikası Nazirlər Kabinətinin 10 mart 2025-ci il tarxili 68 saylı Qərarında Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib.
Qərar həmin müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edir. Qərara əsasən dövlət və qeyri-dövlət uşaq müəssisələri dedikdə aşağıdakılar nəzərdə tutulur:
– təhsil müəssisələri;
– sosial xidmət müəssisələri;
– açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri;
– yetkinlik yaşına çatmayanların tərbiyə müəssisələri;
– yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzləri;
tibb müəssisələri;
– qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələri.
Müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər yuxarıda qeyd edilən müəssisələr üzrə onların qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə müvafiq olaraq aşağıdakı sahələri əhatə edir:
– müəssisələrdə xidmətlərin təşkili;
– yaşayış şəraiti;
– qidalanma;
– sağlamlığın mühafizəsi;
– təlim-tərbiyə və asudə vaxtın təşkili.
Gundelik.az
