Gundelik.az Xəbərlər Aktual Dövlət və qeyri-dövlət uşaq müəssisələrinə nəzarət artırılıb
Aktual Hüquq Xəbərlər

Dövlət və qeyri-dövlət uşaq müəssisələrinə nəzarət artırılıb

Gələcəyimizin qurucusu  olan uşaqlar  və onlara dair məsələlər hjər zaman aktualdır. Son dönəmlərə diqqət yetirsək, görərik ki,  dövlət və qeyri-dövlət uşaq müəssisələrinə  nəzarət artırılıb. Gundelik.az saytı olaraq bu yöndə olan yenilikləri bilmək üçün  Hüquqi – Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərova suallar ünvanladıq.

 Müsahibəni təqdim edirik :

 Qanunvericiliyə əsasən uşaq hüquqlarının inkişafı istiqamətində davamlı olaraq islahatlar həyata keçirilir..  Azərbaycan Respublikası Nazirlər Kabinətinin 10 mart 2025-ci il tarxili 68 saylı Qərarında Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib.

 Qərar həmin müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edir. Qərara əsasən  dövlət və qeyri-dövlət uşaq müəssisələri dedikdə aşağıdakılar nəzərdə tutulur:

–         təhsil müəssisələri;

–         sosial xidmət müəssisələri;

–         açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri;

–         yetkinlik yaşına çatmayanların tərbiyə müəssisələri;

–         yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzləri;

          tibb müəssisələri;

–         qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələri.

          Müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər yuxarıda qeyd edilən müəssisələr üzrə onların qanunvericiliklə müəyyən edilmiş           fəaliyyət istiqamətlərinə müvafiq olaraq aşağıdakı sahələri əhatə edir:

–         müəssisələrdə xidmətlərin təşkili;

–         yaşayış şəraiti;

–         qidalanma;

–         sağlamlığın mühafizəsi;

–         təlim-tərbiyə və asudə vaxtın təşkili.

Gundelik.az 

Exit mobile version