Gundelik.az Xəbərlər Aktual Cavadxan Qasımov : “Naxçıvan Dövlət Universiteti son beş ildə böyük təşkilatlanma yolu keçmişdir”
Aktual Elm və təhsil Kateqoriya seçilməyən

Cavadxan Qasımov : “Naxçıvan Dövlət Universiteti son beş ildə böyük təşkilatlanma yolu keçmişdir”

Azərbaycan Respublikasının elm və təhsil sahələrinin vəhdətindən ibarət olan prosesləri ölkənin ali təhsil müəssisələrinin fəaliyyəti üçün səmərəli mühitin yaradılmasını nəzərdə tutmaqdadır. Eyni zamanda, bunlar, yeni keyfiyyət mərhələsinin başlanmasını hədəf olaraq müəyyən etməkdədir. Təbii olaraq, həyata keçirilən tədbirlər, davam edən islahatlar müstəvisində yeni təşkilatlanmalar, yeni hədəflər və yeni perspektivlər vəd etməkdədir. Qarşıda duran məqsədlərin gerçək olmasında ardıcıl inkişaf yolunda qətiyyətlə yürüyən Naxçıvan Dövlət Universitetinin yeri və önəmi
olduqca yüksək olmaqdadır. Elə müsahibimizlə bu günkü söhbətimiz də, Naxçıvan Dövlət Universitetinin tədris proseslərində reallaşdırmış olduğu layihələr barəsində olacaq. Bildirək ki, müsahibimiz, Naxçıvan Dövlət Universitetinin, “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovdur.

Cavadxan müəllim, Naxçıvan Dövlət Universitetinin son illərdə keçdiyi inkişaf yolu haqqında nə deyə bilərsiniz?

– Naxçıvan Dövlət Universiteti fəaliyyətinin 58-ci ilini yaşamaqdadır. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamış universitet, 1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının əsasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu olaraq fəaliyyətinə davam etmiş və 1990-cı ildə isə Naxçıvan Dövlət Universitetinə çevrilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin həmişəyaşar ideyaları və dövlət başçısı cənab İlham Əliyevin gündəlik qayğısı ilə hazırkı dövrümüzdə çağdaş elm və tədris, modern çağırışlar və yeni perspektivlər istiqamətində  namla addımlayan Naxçıvan Dövlət Universiteti sözün həqiqi mənasında mühüm inkişaf yolu keçməkdədir. Bu inkişaf, çox böyük zəhmət, dürüst idarəçilik, böyük təcrübə ilə mümkün olmaqdadır. Dövlətimizin hərtərəfli qayğısı əsasında bu inkişaf sahəsində yorulmadan əmək sərf
edən isə rektor Elbrus İsayevdir.

Cavadxan müəllim, Naxçıvan Dövlət Universiteti yüksək təşkilatlanma mərhələsini yaşamaqdadır. Bu sahədə hansı tədbirlər həyata keçirilməkdədir?

– Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə qalib ölkənin inkişaf edən ali məktəbi olaraq, Naxçıvan Dövlət Universitetinin olduqca mühüm təşkilatlanma, yeni layihələrin həyata keçirilməsi və daha mütərəqqi ixtisaslaşma mühitinin yarandığı bir müəssisə olması sahəsində sistemli tədbirlər həyatakeçirilməkdədir. Bu məqsədlə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il 3910 №-li Sərəncamının olduqca mühüm əhəmiyyətini qeyd etmək olar. Həmin Sərəncamda, Naxçıvan Dövlət Universiteti barəsində xüsusi olaraq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş və bu, xüsusilə də, elm və tədris proseslərinin təkmilləşdirilməsi sahəsində özünü göstərmiş olur. Dövlət proqramının “İnsan kapitalının inkişafı” adlanan 9-cu prioritetində göstərilir ki, universitetmizlə
digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndiriləcək, birgə proqramlar təşkil olunacaq, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələr həyata keçiriləcəkdir. Bildirmək olar ki, artıq bu tədbirlərin olduqcasəmərəli icra olunması təmin olunmaqdadır. Təbii olaraq, bu sahədə, Naxçıvan Dövlət Universitetinin nəzdində:
Naxçıvan Musiqi Kolleci, 2021-ci ildən;- Naxçıvan Texniki Kolleci və Naxçıvan Tibb Kolleci isə, 2023-cü ildən etibarən fəaliyyətlərini davam etdirməkdədirlər. Hazırda onların hər birində ümumilikdə, subbakalavr təhsil pilləsində əyani şöbədə 1490 tələbə, qiyabi şöbədə isə 38 tələbə təhsil alır.
Eyni zamanda, 2023-cü ildə Gimnaziyanın 213 şagirdlə, 2024-cü ilin sentyab ayında Kembric məktəbinin 74 şagirdlə Naxçıvan Dövlət Universitetinin nəzdinə verilmiş olması universitetinin tədris proseslərindəki etibarlılığın daha da yüksəldilməsinə təminat yaratmışdır. Naxçıvan Dövlət Universitetinin davamlı və uzunmüddətli perspektivləri bir-birini əvəz edən tədris illərində daha da möhkəmlənmiş və yeni keyfiyyət mərhələsinin əsasları qoyulmuşdur. Həmin mərhələlər bütün tərəflərinə görə, universitetin çoxistiqamətli tədris proseslərinin tənzimlənməsinə və onun səmərəliliyinə təminat yaratmaqdadır.

Sizin dediklərinizə  əlvə olaraq, SABAH qruplarının yaradılması proseslərinidə qeyd etmək olar.

-Bəhs etdiyimiz Dövlət proqramının 9-cu prioritetində Naxçıvan Dövət Universitetinin mövcud potensialı əsasında qarşıdakı mərhələlər üzrə yeni hədəflərinin müəyyən olunması ilə daha mütərəqqi tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, buməqsədlə də, Naxçıvan Muxtar Respublikasında daha dinamik ali təhsilin keyfiyyətinin yüksəldilməsinin zəruriliyinə nəzər salınmış və burada Naxçıvan Dövlət Universitetinin önəminə diqqət çəkilmişdir. Təsbit olunur ki, universitetimiz ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndirilməsi təmin olunmaqla, birgə proqramların
təşkil olunması diqqətdə saxlanılmalı, eyni zamanda, ali təhsil müəssisələrində yeni məzmunlu proqramların tətbiqi üzrə layihələrin həyata keçirilməsi olduqca aktual hesab olunmuşdur. Qeyd etmək olar ki, həmin layihələr içərisində, SABAH qruplarının, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikasının yaradılması və s. kimi tədbirlər prioritet hesab olunmaqdadır.
SABAH qruplarının yaradılması, artıq Naxçıvan Dövlət Universitetinin gənclərin ixtisaslaşması, təcrübəli mütəxəssislərin hazırlanması və ölkəmizin milli təhsilinin daha mütərəqqi inkişaf etdirilməsi sahəsində əhəmiyyətli addım olmaqdadır. Belə ki, Dövlət Proqramının icrası ilə əlaqədar olaraq ölkəmizdə ilk dəfə olaraq, məhz Naxçıvan Dövlət Universitetində 2024-2025-ci tədris ilindən etibarən Tibb ixtisası üzrə SABAH qrupları
fəaliyyətə başlayıb.

Naxçıvan Dövlət Universitetində inşa olunan Texnologiyalar Parkının (Texnopark) önəmi də yüksək olacaq. Bu barədə nə deyə bilərsiniz?

2020-ci ildən etibarən universitet ərazisinin 2 hektar sahəsində Texnopark inşa olunmaqdadır. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olmaqla tikiləcək Texnologiyalar Parkının mərtəbələri üzrə, Sənaye Mərhələsinin və Parkının fəaliyyəti ilə bağlı olan ofis yerləşəcək ki, bu da inkişafın yeni mərhələsinin dolğun ifadəsi olaraq çıxış etməkdədir. Eyni zamanda, elmi və təcrübi baxımdan səmərəli fəaliyyətin təşkil olunması məqsədilə, biznes inkubatorlarının, konsaltinq xidmətlərinin və xarici rezident nümayəndələrinin təmsil olunmasına zəmin yaradılması diqqətdə saxlanılmışdır. Qeyd etmək olar ki, biznes inkubatorlarında çoxistiqamətli fəaliyyət imkanlarının yaradılması və hər iki cinsdən olan ideya müəllifləri üçün səmərəli şəraitin yaradılması da nəzərdə tutulur. Belə ki:

– qadınların toxuculuq işləri ilə bağlı təmsil olunması;
– gələcəkdə Sənaye Məhəllələri və Parkları, xüsusilə, Şərur Sənaye Məhəlləsi və
Naxçıvan Sənaye Parkı və digər bu kimi qurumlarla əlaqələrin yaradılması, ideya mübadiləsi və ya ortaq ideyaların irəli sürülməsi;

– yeni ideyaların verilməsi. Bu, əvvəlki ideyaların həyata keçirilməsinin davamı və tamamilə yeni fəaliyyətin yaradılması məqsədlərini də daşıya bilər.
İxtisaslaşan və elmin sirrlərinə yiyələnən tələbələr universitetin bundan sonrakı hədəflərinin reallaşmasına və daha əlçatan olmasına məhz təməli qoyulan Texnoparklar vasitəsilə nail olacaqlar. Qeyd edək ki, hazırda universitetin bakalavr üzrə 70 ixtisasdan 42-si, magistr üzrə 80 ixtisasdan 43-ü Texnologiyalar Parkının fəaliyyət sahəsinə daxildir. Həmin ixtisaslar bütövlükdə innovativ yeniliklərin və texnoloji təminatın ən yüksək səviyyəsini əldə etmiş olacaqlar.. Texnoparkın qurulması ölkənin həm də regional iqtisadi inkişaf siyasətinə və sosiallaşma proseslərinə öz töhfələrini verəcək. Burada xüsusilə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq təminatı sahəsindəki uğurların əhatəsinin genişlənməsinə, nəticə etibarı ilə mövcud potensialın şaxələndirilməklə, daha da artırılmasına zəmin yaradacaq sahələrin fəaliyyəti üçün münbit şərait olacaq. Belə ki, yeni qurumda:
– energetika;
– gülkarlıq;
– tingçilik;
– kənd təsərrüfatı və aqronomluq;
– coğrafiya;
– üzümçülük;
– meliorasiya;
– arıçılıq sahələri;
– tədris otaqları;
– sərgi biopark;
– texnopark binaları;
– eləcə də Nəbatət bağı fəaliyyət göstə-rəcək ki, bu da, universitetin davamlı inkişafı üçün yeni imkanlar demək olacaq.

Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlıqlar üzrə münasibətlərinin yaradılması və inkişaf etdirilməsində qardaş Türkiyə Cümhuriyyətinin Universitetləri ilə əməkdaşlıqların da mühüm əhəmiyyətini necə qeyd etmək olar?

-Naxçıvan Dövlət Universiteti, son beş ildə daha mütərəqqi layihələr həyata keçirilməkdədir. Bu proseslər, istər universitet daxilində, istərsə də xaricində daha mühüm nəticələr gətirməklə, ümumilikdə, ixtisaslaşma və mütəxəssis hazırlığı proseslərində özünü göstərməkdədir. Təbii olaraq, bu məsələlər indiki mərhələdə dövlətin gündəlik qayğı və diqqətini əsas tutmaqla, daha güclü potensialın yaradılması ilə daha mütərəqqi olmaqdadır.
Bütün bu qeyd olunan məsələlər Naxçıvan Dövlət Universitetinin qarşıdakı dövrlər üzrə prioritetlərinə aid olunmaqla hər zaman aktual olmuşdur. Bu məqsədlə, Universitetin Rektoru cənab Elbrus İsayevin başçılıq etdiyi nümayəndə heyətinin hələ 8-16 iyul 2021-ci il tarixlərində qardaş Türkiyə Cümhuriyyətinə səfəri zamanı Türkiyə Ali Təhsil Şurasında və Çankırı Karatekin, Ankara, Orta Doğu Teknik, Qazi, Hacı Bayram Vəli, İstanbul Texnik, Yıldız Texnik Universitetlərində əhəmiyyətli görüşləri baş tutmuşdur. Olduqca məhsuldar keçən səfər çərçivəsində qardaş ölkə ilə ümumi mənada məhz etibarlı tədrisin və elmi-tədqiqatların intensivliyi istiqamətində razılaşmalar əldə olunmuşdur. Türkiyə Cümhuriyyətinin nüfuzlu ali məktəblərinə səfər zamanı bu ölkənin Ali Təhsil Şurasında (Yüksek Öğretim Kurulu-YÖK) keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd etmək lazımdır. Burada Naxçıvan Dövlət Universitetinin 2013-cü  ildən başlayaraq Mövlanə Mübadilə proqramına qoşulması və Türkiyə Respublikası ilə
müəllim-tələbə mübadiləsinin səmərəli reallaşdırmasından bəhs olunmuşdur. Çoxsevindirici hal olaraq, qeyd olunmuşdur ki, hazırda xarici tələbələrin sayında Türkiyədən olan tələbələr üstünlük təşkil edir. Eyni zamanda, ali təhsil ocağı əcnəbi tələbələrin sayına görə ölkə universitetləri sırasında öncüldür. Zəruri nəticə olaraq Türkiyə universitetləri ilə texnopark sahəsində əməkdaşlığın perspektivlərinə önəm verilərək, bu istiqamətdə təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub. Təbii ki, bütün bunlar həm də innovativ və texnoloji inkişaf sahəsində Naxçıvan Dövlət Universitetinin
üstünlüklərini bir daha ortaya qoymuş oldu.

Gundelik.az  saytı olaraq  maraqlı müsahibə üçün  dəyərli ziyalı Cavadxan Qasımova təşəkkür edirik.

 

Exit mobile version