İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İran yeni raketlər istehsal etdiyini açıqladı

İranın müdafiə naziri Əziz Nəsirzadə İsrailin 12 günlük hücumlarından sonra “üstün xüsusiyyətlərə” malik yeni raketlərin istehsal edildiyini bəyan edib.

Gundelik.az-ın Tasnim Xəbər Agentliyinə istinadən məlumatına görə, Nəsirzadə “Müdafiə Sənayesi Günü” münasibətilə çıxışında ölkənin hərbi texnologiyalarındakı yeniliklərdən danışıb.

“12 günlük müharibədə istifadə olunan raketlər Müdafiə Nazirliyinin illər əvvəl istehsal etdiyi nümunələr idi. Bu gün isə biz əvvəlkilərdən qat-qat üstün raketlər hazırlamışıq. Əgər İsrail yenidən hücuma keçsə, həmin raketlərdən istifadə ediləcək”, – nazir vurğulayıb.

Qeyd edək ki, iyunun 13-də İsrail ordusu İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə genişmiqyaslı hücumlara başlamışdı. Zərbələr nəticəsində İran prezidenti, İnqilab Keşikçiləri Korpusunun baş komandanı, yüksək rütbəli hərbçilər və doqquz nüvə alimi həlak olmuşdu.
Bundan sonra ABŞ İsrailə açıq dəstək verərək iyunun 22-də İranın Natanz, Fordo və İsfahan nüvə obyektlərini hədəfə almışdı. İran isə cavab olaraq iyunun 23-də Qətərdə yerləşən ABŞ-ın Əl-Udeyd aviabazasına raket hücumu həyata keçirmişdi.

ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İran və İsrail arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlamışdı.

Gundelik.az