Dünya Şəhər Forumu Bakıda davam edir. Bu gün keçiriləcək açılış mərasimi öncəsi Azərbaycan Prezidenti İlham Əliyev dünyanın müxtəlif ölkələrindən gələn qonaqları qarşıladı.
UN-Habitat tərəfindən təşkil olunan 13-cü Dünya Şəhər Forumu — World Urban Forum 13 Azərbaycanın paytaxtı Bakıda keçirilir.
Forumun açılış mərasimi çərçivəsində Prezident İlham Əliyev tədbirdə iştirak edən beynəlxalq nümayəndə heyətlərini və qonaqları bir-bir salamladı.
Azərbaycan hökuməti ilə UN-Habitat-ın birgə təşkilatçılığı ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, bələdiyyə nümayəndələri, şəhərsalma mütəxəssisləri, alimlər, özəl sektor və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edir.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi forumda davamlı şəhərləşmə, mənzil böhranı, iqlim dəyişikliklərinə davamlılıq və şəhərlərin gələcəyi kimi mövzular müzakirə olunur.
Mənbə:Haber Global
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
