Avropa İttifaqı Çin asılılığını azaltmaq və sənayesini qorumaq üçün yeni ticarət tədbirləri üzərində işləyir. Planlara görə, Avropadakı şirkətlər kritik hissələri ən az 3 fərqli təchizatçıdan almağa məcbur edilə bilər.
Bundan başqa, Çin məhsullarına qarşı müdafiə tədbirlərinin genişləndirilməsi, bəzi sahələrdə idxala kvota və rüsumların tətbiqi də gündəmdədir. AB, həmçinin dövlət dəstəyi ilə həddindən artıq istehsal edən şirkətlərə qarşı yeni mexanizm hazırlayır.
Bu addımların məqsədi Çindən gələn ucuz idxalın Avropa sənayesinə zərərini azaltmaq və strateji sahələrdə təchizat təhlükəsizliyini gücləndirməkdir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
