Hindistanın Qucarat ştatında körpünün uçması nəticəsində 9 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilir.
Gundelik.az xəbər verir ki, bu barədə “Hindustan Times” nəşri yazıb.
Nəşrin xəbərinə görə, ştatın Vadodara və Anand rayonlarını birləşdirən 900 metr uzunluğundakı körpünün iki ayağı arasında olan hissə çöküb.
Səlahiyyətlilər hadisə zamanı körpünün üstündən keçən iki yük maşını və iki furqonun çaya düşdüyünü bildiriblər.
Səlahiyyətlilər xilasetmə qruplarının dərhal hadisə yerinə gəldiyini və ilkin məlumata görə, 9 nəfərin həyatını itirdiyini, 6 nəfərin isə yaralandığını qeyd ediblər.
Qucaratın daxili işlər naziri Harş Sanqavi bildirib ki, hadisə yerinə yüksək səviyyəli nümayəndə heyəti göndərilib və Qucarat Baş Naziri Bhupendra Patel məsələni yaxından izləyir.
Baş nazir Patel də açıqlamasında 1985-ci ildə inşa edilən körpünün mütəmadi olaraq baxıldığını və qəzanın dəqiq səbəbinin araşdırılacağını bildirib.
Gundelik.az

