Sentyabr 3, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Gürcüstanda zəlzələ olub

Gürcüstanın cənub-qərbində 3,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Gundelik.az xəbər verir ki, yeraltı təkanlar gecə saat 03:28-də Məmişli kəndi yaxınlığında, Tsalkadan 20 kilometr, Tbilisidən isə təxminən 60 kilometr məsafədə baş verib.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.