Kembric Universitetinin mütəxəssisləri Günəş sistemindən kənarda bioloji aktivlik əlamətləri aşkar ediblər.
Gundelik.az xəbər verir ki, tədqiqat “Astrophysical Journal”da dərc edilib.
Məlumata görə, “James Webb” Kosmik Teleskopu (JWST) vasitəsilə astronomlar K2-18b ekzoplanetinin atmosferində metan və karbon qazının kimyəvi izlərini aşkar ediblər.
Alimlər vurğulayıblar ki, bu kəşf onlara Günəş sistemindən kənarda həyatın əlamətlərinin aşkar olunduğunu deməyə əsas verir.
Onlar bildirirər ki, Yer kürəsində metan və karbon qazı ilk növbədə mikrob həyatı istehsal edir.
Üstəlik, qeyd olunur ki, təsvir edilən kimyəvi elementlər elm adamlarına məlum olmayan kimyəvi bir proses vasitəsilə çoxaldıla bilər.
Məqalədə bildirilir ki, Kembric Universitetinin mütəxəssislərinin kəşf etdiyi birləşmələrin təsadüfi mənşəli olma ehtimalı 0,3 faizdir. Elmi kəşfin rəsmən tanınması üçün bu rəqəm 0,00006 faizə enməlidir.
Alimlər yaxın günlərdə JWST teleskopundan istifadə edərək K2-18b ekzoplanetinin tədqiqini davam etdirəcəklərini qeyd ediblər.
Gundelik.az
