Gundelik.az Dünya Gül yığmağa getdi, pələng PARÇALADI
Dünya Xəbərlər

Gül yığmağa getdi, pələng PARÇALADI

Hindistanda gül yığan yaşlı kişi pələngin qurbanı olub.

Gundelik.az xəbər verir ki, bu barədə “My Pune Pulse” məlumat yayıb.

Məlumata görə, faciə bazar aprelin 13-də Maharaştra ştatının Bramhapuri şəhərinin Çiçxeda kəndi yaxınlığında baş verib.

Belə ki, Çiçxedanın sakini 60 yaşlı Vinayaka Vithoba Cambul toxumları və ləçəkləri kosmetika və qida sənayesində istifadə olunan çiçəkləri toplamaq üçün yaxınlıqdakı meşəyə gedib. Orada bir pələng Cambula hücum edərək onu parçalayıb.

Kişi evə qayıtmayınca ailəsi axtarışa başlayıb və onun parçalanmış cəsədini 1006 saylı meşə sahəsində tapıb.

Polis hadisə yerinə baxış keçirib və meyiti yarılma üçün Bramhapuri xəstəxanasına göndərib.

Bramhapuri yerli meşə departamentinin direktoru Rakeş Sepat bildirib ki, mərhumun ailəsinə 25 min rupi təzminat ödənilib.

Gundelik.az

Exit mobile version