Gundelik.az Dünya Çin avtomobilləri bu ölkədən geri çəkilir
Dünya Xəbərlər

Çin avtomobilləri bu ölkədən geri çəkilir

Bu ilin sonuna kimi 10-a yaxın Çin avtomobil markası Rusiya bazarını tərk edə bilər.

Gundelik.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri mənbələrə istinadən məlumat yayıb.

Dilerlər və analitiklərin fikrincə, “Oting”, “Kaiyi”, SWM, “Livan”, VGV və MG kimi brendlər aşağı satışlar və gəlirsiz françayzinqlər səbəbindən risk altındadır. 

Bildirilir ki, 2025-ci ilin birinci rübündə Çin brendlərinin 213 salonu bağlanıb, yeni açılanların sayı isə iki dəfə azalıb.

Avtomobil dilerləri qeyd edirlər ki, Çin avtomobil markalarının getməsinin mümkün səbəbləri anbarların həddən artıq çox olması və aşağı tələbat, yüksək xərclər və qeyri-likvid model çeşidi ola bilər.

Gundelik.az  

Exit mobile version