Fransanın cənubundakı Aude departamentində meşə yanğınları tüğyan edir. Bir nəfər ölüb, doqquz nəfər yaralanıb.
Gundelik.az xəbər verir ki, bu barədə “BFM TV” məlumat yayıb.
Məlumata görə, yanğınların söndürülməsinə 1800-ə yaxın yanğınsöndürən və ixtisaslaşmış təyyarə cəlb olunub.
Hesabatda yanğının sürətlə yayıldığı qeyd edilir: son 12 saat ərzində 11 min hektar ərazidə meşələri məhv edib ki, bu da Parisin ərazisi ilə müqayisə oluna bilər.
Xilasedicilər yanğının yayıldığı meşələrin yaxınlığında yerləşən onlarla yaşayış məntəqəsindən sakinləri təxliyə edirlər. Bir sıra yollar bağlanıb.
Gundelik.az

