Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə idarəsi xidməti minik avtomobilləri alır.
Gundelik.az-ın məlumatına görə, nazirliyin idarəsi 15 ədəd Offroader / SUV tipli avtomobillər sifariş edib.
Qurum sözügedən avtomobillərin satın alınması ilə bağlı “Azərmaş Park” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 315 min manat ödənilib.
Gundelik.az
