ABŞ və İsrailin İranın enerji infrastrukturuna hücumları bütün qlobal iqtisadiyyat üçün dağıdıcı nəticələrə səbəb olacaq.
Gundelik.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı bildirib.
“Belə bir vəziyyətin nəticələri yalnız İran və regionla məhdudlaşmayacaq. Bu cür zərbələr qlobal enerji və iqtisadiyyata dağıdıcı təsir göstərəcək”, – deyə o qeyd edib.
