Gundelik.az Dünya Əraqçi: İranın enerji infrastrukturuna hücumlar qlobal iqtisadiyyata təsir edəcək
Dünya Siyasət Xəbərlər

Əraqçi: İranın enerji infrastrukturuna hücumlar qlobal iqtisadiyyata təsir edəcək

ABŞ və İsrailin İranın enerji infrastrukturuna hücumları bütün qlobal iqtisadiyyat üçün dağıdıcı nəticələrə səbəb olacaq.

Gundelik.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı bildirib.

“Belə bir vəziyyətin nəticələri yalnız İran və regionla məhdudlaşmayacaq. Bu cür zərbələr qlobal enerji və iqtisadiyyata dağıdıcı təsir göstərəcək”, – deyə o qeyd edib.

Exit mobile version