İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Dünyada təyyarə yanacağının qiyməti son 23 ilin maksimumuna çatdı

Neft qiymətlərinin 43,1% artması fonunda mart ayında təyyarə yanacağının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 106,6% artıb.

Gundelik.az xəbər verir ki, bu hesablamalar Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatında yer alıb.

“Reaktiv yanacağın qiymətləri illik müqayisədə 106,6% artaraq 23 ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb” – deyə o qeyd edib.