Neft qiymətlərinin 43,1% artması fonunda mart ayında təyyarə yanacağının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 106,6% artıb.
Gundelik.az xəbər verir ki, bu hesablamalar Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatında yer alıb.
“Reaktiv yanacağın qiymətləri illik müqayisədə 106,6% artaraq 23 ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb” – deyə o qeyd edib.

