“KM Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təşkilati-hüquqi formasını dəyişir.
Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.
Belə ki, sözügedən MMC “KM Group” Mənzil Tikinti Kooperativinə (MTK) çevrildiyini elan edib.
Qeyd edək ki, sözügedən şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Əmirov Vaqif Talıb oğludur.
Gundelik.az

