“QTS” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) hüquqi şəxsinin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilir.
Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.
Belə ki, bu qərar MMC-nin mayın 4-də keçirilən ümumi yığıncağında qəbul edilib.
Bildirilib ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ2321, Göyçay rayonu, Qarabaqqal ünvana bildirə bilərlər.
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, sözügedən şirkət 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi İsgəndərov Veyis Mirəddin oğludur.
Gundelik.az

