Sentyabr 17, 2026
Baku
Xəbərlər

Deputatlarımız Rusiya Federasiyasında keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə sentyabrın 18-də bu ölkəyə səfər edəcək.
Milli Məclisin komitə sədri Azər Əmiraslanov, deputatlardan Fatma Yıldırım, Anar Məmmədov və Eyvaz Qurbanov Moskva şəhərində, Sabir Hacıyev isə Sankt- Peterburq şəhərində seçki prosesini izləyəcəklər. Deputatlarımız seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, səsvermə və səslərin sayılması prosesini müşahidə edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az