İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Danimarkada məktəbə silahlı hücum planı: 15 yaşlı şagird həbs edildi

Danimarkanın cənub-şərqində, Koldinq şəhərində 15 yaşlı oğlan özəl məktəbə silahlı hücum planlaşdırmaqda şübhəli bilinərək həbs edilib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər.

Polis bildirib ki, hücum üç şagird tərəfindən planlaşdırılıb. Digər iki şübhəli isə dindirildikdən sonra sərbəst buraxılıb.

Məlumata görə, hücumun hədəfi St. Michaels adlı özəl məktəb olub və hadisə avqustun 11-də, yay tətilinin bitməsinə az qalmış baş tutmalı imiş. Səlahiyyətlilər hücum planının vaxtında aşkarlandığını, məktəb və ətraf ərazidə təhlükə olmadığını qeyd ediblər.

Adam öldürməyə cəhddə ittiham olunan şübhəli prokurorun tələbi ilə məhkəmə tərəfindən 4 həftəlik müvəqqəti həbsə alınıb. Bələdiyyə rəsmilərinin sözlərinə görə, şübhəlilər hədəf seçdikləri məktəbin yox, başqa bir məktəbin şagirdləridir.

Gundelik.az