İndoneziyanın Sidoarco şəhərində yerləşən “Əl-Hozini” İslam internat məktəbinin uçması nəticəsində ölənlərin sayı 52-yə çatıb. B
Gundelik.az xəbər verir ki, bu barədə Detik portalı məlumat yayıb.
Məlumata görə, dağıntılar altından daha bir neçə cəsəd çıxarılıb. Milli Axtarış və Xilasetmə Agentliyinin əməliyyatlar üzrə direktoru Yudhi Bramantyo bildirib ki, bütün zərərçəkənlər təxliyə olunub.
Hadisə tələbələrin ikindi namazı üçün toplaşdığı vaxt baş verib. Daha əvvəl 100-dən çox insanın xilas edildiyi bildirilmişdi.
Gundelik.az
