Gundelik.az Dünya Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı
Dünya Siyasət Xəbərlər

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı

Argentina SEPAH-ı terror təşkilatı olaraq tanıyıb.

Gundelik.az xəbər verir ki, bu barədə Argentina Prezidentlik Ofisi məlumat yayıb.

Argentina 1994-cü ildə Buenos-Ayre AMIA yəhudi ictimaiyyətinin mərkəzində törədilən partlayışda 85 nəfərin həyatını itirməsinə görə SEPAH-ı ittiham edib.

Prezidentlik ofisi SEPAH-ın terror təşkilatları siyahısına salınmasının iqtisadi sanskiyalar və digər tədbirlərin görülməsinə imkan verəcəyini bildirib.

Qeyd edək ki, SEPAH ABŞ və Aİ dövlətləri də daxil olmaqla, bir sıra ölkələr tərəfindən terror təşkilatı kimi tanınır.

Exit mobile version